Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində görüşlər keçirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətindəki görüşlərindən sonra qardaş Azərbaycana səfər edəcək.

1018416
Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində görüşlər keçirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində rəsmi görüşlər keçirir.

Çavuşoğlu səfərinin ikinci günündə Cümhuriyyət Məclisində təmsil olunan siyasi partiya liderlərilə bir araya gəlib.  

Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə təşkil etdiyi mətbuat konfransında Türkiyənin Yunanıstandakı yanğının söndürülməsilə əlaqəli istənilən yardımı göstərməyə hazır olduğunu söyləyib.

Yunanıstanda tüğyan edən yanğına görə kədərlərini dilə gətirən Çavuşoğlu deyib ki, yunan xalqına və Yunanıstan hökumətinə də başsağlığı diləklərimi bir daha çatdırmaq istəyirəm. Bugün səhər Yunanıstanın xarici işlər nazirinə zəng edərək həm başsağlığı verdim və keçmiş olsun diləklərimizi çatdırdım həm də istənilən köməkliyi göstərə biləcəyimizi söylədik. Həmkarım daha sonra zəng edərək indilik belə bir yardıma ehtiyacları olmadığını söylədi və təşəkkür etdi.

Çavuşoğlu Şərqi Aralıq dənizindəki qaz fəaliyyətlərinə də toxunaraq deyib ki, bundan sonrakı təbii qaz araşdırmaları mövzusundakı mövqeyimiz fərqli olacaq.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətindəki görüşlərindən sonra qardaş Azərbaycana səfər edəcək.



Әlaqәli Xәbәrlәr