Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı xüsusi nümayandə Luteni qəbul etdi

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı BMT-nin Baş katibi Antonio Quterreşin Kıbrıs məsələsi üzrə müvəqqəti xüsusi nümayəndəsi Jane Holl Luteni qəbul etdi.

1018192

Görüşdə Prezidentlik Diplomatiyası və Avropa İttifaqı üzrə xüsusi nümayəndə Ərhan Ərçin də iştirak edib. 

İki saata yaxın davam edən görüşdə mətbuat mənsublarının şəkil çəkmələrinə icazə verilib, görüşdən sonra mətbuata hər hansı açıqlama verilməyib.

Digər tərəfdən görüş keçirildiyi zamanda “İki İcmalı Sülh Təşəbbüsü” üzvləri Prezident aparatı qarşısında aksiya keçirib. Qrupun üzvləri rum, türk və ingilis dillərində “Həll və sülh dərhal indi” şüarları səsləndiriblər.

Qeyd edək ki, Kıbrıs məsələsində müzakirələrin davam etdirilməsi üçün lazım olan zəminin yaradılıb yaradılmayacağına dair danışıqlar keçirmək üçün Adaya gələn BMT nümayəndəsi Lute səhər radələrində də Cənubi Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis ilə görüşüb.

Әlaqәli Xәbәrlәr