Qırğızların milli musiqi alətləri yeni həyat qazanır

Qırğızıstanda peşəkar musiqiçi Nurlanbek Nışanov qrupu ilə birlikdə Qırğız xalqına məxsus 18 ənənəvi musiqi alətinə yeni həyat verdi.

1015467
Qırğızların milli musiqi alətləri yeni həyat qazanır

Qırğızıstanda peşəkar musiqiçi Nurlanbek Nışanov qrupu ilə birlikdə Qırğız xalqına məxsus 18 ənənəvi musiqi alətinə yeni həyat verdi.
 
 Dövlət orkestrinin üzvü olan Nışanovun düzəltdiyi musiqi alətləri arasında zərb və nəfəs alətləri vardır.
 
 Nışanov 30 ildir ki, qrupu ilə birlikdə ənənəvi musiqi alətlərinə həyat verməyə çalışdıqlarını söylədi.
 
 Qırğız musiqi və çalğı alətlərinin tarixini də yaxından araşdıran Nışanov Sovet İttifaqı dövründən əvvəl və sonra qırğız xalqına məxsus alətlərin itirildiyini bildirdi.
 
 Nışanov musiqinin və ənənəvi musiqi alətlərinin əzəldən bəri  hərbi yürüşlərdə, bayramlarda, mərasim və  toylarda əvəzolunmaz olduğunu vurğuladı.
 
 Musiqiçi Sovet İttifaqı dövründə qırğızlara milli olmayan musiqi alətləri ilə musiqi təhsili verildiyini dedi.
 
  Nışanov hazırda ənənəvi musiqi alətlərinə həyat verməklə milli yaddaşı canlandırmağı qarşısına məqsəd qoyduqlarını qeyd edərək: " Qırğız musiqi alətlərində xalqımızın ruhunun, tarixinin və mədəniyyətinin kodu gizlənmişdir" dedi.
 
 Nışanov nəsildən- nəslə ötürülən Manas dastanından ortaya çıxardıqları ənənəvi zərb musiqi alətlərindən "dool" və "dobulbas"dan sentyabrın əvvəlində keçiriləcək 3-cü Dünya Köçəri Oyunlarının açılış və bağlanış mərasimlərində istifadə ediləcəyini sözlərinə əlavə etdi.
 
 Komuz, kıyak, temir komuz, çoor, cığaç, ooz komuz, surnay, kerney, dool, dobulbas, sıbızqı, cetigen və şorpaşor ölkədə geniş yayılan musiqi alətləridir.



Әlaqәli Xәbәrlәr