Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

“Qafqaz-Media” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda milli mətbuatın yaranmasının  143-cü ildönümü ərəfəsində görüş keçirilib.

1012187
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

“Qafqaz-Media” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində Dünya Söz Akademiyasının sədri, professor, şair Hayrettin İvgin və Samsun-Vəzir Köprü bələdiyyəsinin sədri İbrahim Sadik Edislə Azərbaycanda milli mətbuatın yaranmasının  143-cü ildönümü ərəfəsində görüş keçirilib.

Hayrettin İvgin və İbrahim Sadik Edis mərasimdə çıxış edərək, Türkiyə-Azərbaycan əlaqələrinin ayrılmazlığından, bu dostluq və qardaşlığın əbədiliyindən söhbət açıblar. Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından danışan natiqlər, ümummilli liderlər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kimi qiymətli fikirlərinin xalqlarımız arasındakı qırılmaz telləri daha da möhkəmləndirdiyini xüsusi vurğulayıblar.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyiblər. Bu qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçılarını Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi münasibətilə təbrik edən Hayrettin İvgin rəhbərlik etdiyi qurum adından “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynovaya iki qardaş xalq arasında dostluğun məhkəmlənməsində göstərdiyi fəaliyyətinə görə fəxri diplom və döş nişanı təqdim edib.

Qarşılıqlı olaraq Azadə Hüseynova möhtəşəm tədbirin qonaqları Hayrettin İvginə, Samsun-Vəzir Köprü bələdiyyəsinin sədri İbrahim Sadik Edisə və professor Elçin İsgəndərzadəyə rəhbərlik etdiyi qurumun “Ustad qələm sahibi” fəxri diplomunu verib.

 

 

Mənbə:AZƏRTAC 

 



Әlaqәli Xәbәrlәr