“Azərbaycan Silahlı Qüvvələri 100 il” yeni poçt markası dövriyyəyə buraxıldı

Azərbaycan Milli Ordusunun 100 illiyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb.

999582
“Azərbaycan Silahlı Qüvvələri 100 il” yeni poçt markası dövriyyəyə buraxıldı

  Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Azərbaycan Milli Ordusunun 100 illiyi münasibətilə yeni poçt markası hazırlanıb.

  AZƏRTAC İnformasiya Agentliyinin məlumatına görə, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun 100 illiyinə həsr olunub.

  Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar iyunun 26-da dövriyyəyə buraxılacaq.

  110x135 millimetr ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.

  Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

  Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.



Әlaqәli Xәbәrlәr