Özbəkistanda Ramazan bayramı münasibətilə əfv barəsində sərəncam verilib

Özbәkistan prezidenti Şavkat Mirziyoyev ilk dәfә Ramazan bayramı münasibәtilә mәhkümların  əfv edilməsinə dair sərəncam imzalayıb.

991798
Özbəkistanda  Ramazan bayramı münasibətilə əfv barəsində sərəncam verilib

Özbəkistanda ilk dəfə Ramazan bayramı münasibətilə amnistiya elan edilib.

Özbәkistan prezidenti Şavkat Mirziyoyev ilk dәfә Ramazan bayramı münasibәtilә mәhkümların  əfv edilməsinə dair sərəncam imzalayıb.

Sәrәncama әsasәn,  törətdiyi cinayətә  görә  peşmançılıq çəkən 226 məhkum əfv ediləcək.

Bu çərçivədə 102 məhkum azadlığa buraxılacaq, 71 məhkum  şərtli buraxılacaq, 14 məhkumun isə cəza müddəti azaldılacaq.

Sәrәncamda  həmçinin keçmiş məhbusların sosial adaptasiyası və onların məşğulluğunun təmin edilməsinə yönəlik tədbirlər nəzərdə tutulur.

Qeyd edәk ki, Özbәkistanda daha әvvәl müstәqillik vә konstitusiya  günlәri münasibәtilә amnistiya elan edilirdi.



Әlaqәli Xәbәrlәr