Azərbaycan Yunesko komitəsi üzvlüyünə seçildi

Azərbaycan 2018-2022-ci illəri əhatə edən dövrdə Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Təşkilatı – Yuneskonun (UNESCO) Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyası Hökumətlərarası Komitəsi üzvlüyünə seçilib.

987670

  Azərbaycan Xarici İşlər və Mədəniyyət Nazirliklərinin birgə açıqlamasında bildirilir: “Baş ofisi Parisdə yerləşən Yunesko mərkəzində Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyasına tərəf dövlətlərin VII  Ümumi Yığıncağında Azərbaycan Hökümətlərarası Komitəyə üzv seçildi. Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniyanın da namizəd olduğu seçim prosesində Azərbaycan 90 səs alıb. Azərbaycan komitə üzvü kimi fəaliyyət göstərəcəyi 2018-2022-ci illər dövründə digər ölkələrlə birlikdə dünyada qeyri-maddi mədəni irsin qorunmasına töhfə vermək üçün səy göstərəcək”.

Әlaqәli Xәbәrlәr