Orta Asiyada turizmin inkişafı üçün ortaq viza rejimi

Qazaxıstan senatı millət vəkili və senatın beynəlxalq əlaqələr və təhlükəsizlik komitəsi sədri Dariga Nazarbayeva Orta Asiyada turizmin inkişafı üçün ortaq viza rejimi təklif edib.

986753
Orta Asiyada turizmin inkişafı üçün ortaq viza rejimi

Qazaxıstan senatı millət vəkili və senatın beynəlxalq əlaqələr və təhlükəsizlik komitəsi sədri Dariga Nazarbayeva Orta Asiyada turizmin inkişafı üçün ortaq viza rejimi təklif edib.

Dariga Nazarbayeva təklifini Özbəkistan Aliy Məclis Senatı Komitəsinin sədri və üzvlərilə Qazaxıstan-Özbəkistan sərhəd məntəqəsində yerləşən Sarıağaçda keçirilən iclasda təqdim edib.

İki ölkənin gömrük qanunlarında dəyişikliklər edilməsi, ticarət və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi mövzularının müzakirə olunduğu iclasda çıxış edən Nazarbayevə qonşu iki qardaş ölkə arasındakı ticarət həcminin artırılması üçün gömrüklə əlaqəli qanunlarda dəyişiklik edilməsi, nəzarət sisteminə sürət qazandırılması üçün texniki infrastruktur yənilənməsinin vacibliyini vurğulayıb.

“Sadəcə Qazaxıstan və Özbəkistanda turizmin inkişafını deyil, həmin zamanda Orta Asiyanın ortaq tarix və mədəniyyət irsini bir arada görmək istəyən xarici turistlərin diqqətini çəkmək də əhəmiyyətlidir. Bunun üçün Asiya-Şengen yaxud İpək-Viza adı ilə birgə ziva sistemi yaradılmalıdır”-deyə  Nazarbayevə ifadə edib.

Özbəkistan Aliy Məclis Senatı Komətisinin sədri Alişer Kurmanov da Özbəkistan ilə Qazaxıstan arasında hər hansı önəmli problem qalmadığını vurğulayaraq “Bu iclasda da iki ölkə məclisləri və nazirlik nümayəndələri ölkə liderlərimizin xalqlarımızı daha da yaxınlaşdırma istəklərini tamamilə dəstəklədiklərini dilə gətirdilər” deyib.  

Yığıncağın yekununda heyətlər gömrük və turizm sahəsində mövcud bütün problemləri həll etmək üçün birgə yol xəritəsi hazırlamağı və iclasda qəbul edilən qərarları iki ölkə hökumətlərinə çatdırma mövzusunda razılıq əldə edib.



Әlaqәli Xәbәrlәr