Necdet Ünüvar: Azərbaycanda seçkilər azad və demokratik mühitdə keçirildi

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar səsvermə zamanı hər hansı problem yaşanmadığını bildirdi.

949738
Necdet Ünüvar: Azərbaycanda seçkilər azad və demokratik mühitdə keçirildi

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar aprelin 12-də keçirdiyi mətbuat konfransında dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini, səsvermə zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.

Seçkilərin azad və demokratik mühitdə keçirildiyini qeyd edən N.Ünüvar diqqətə çatdırdı ki, səsvermə zamanı hər hansı problem yaşanmayıb. O deyib: “Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik və Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq”.



Әlaqәli Xәbәrlәr