Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başa çatıb

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

947902
Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başa çatıb

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

AZƏRTAC-ın xəbərinə görə, qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Ölkdə seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.



Әlaqәli Xәbәrlәr