İstanbulda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi

İstanbulda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının (31 Mart - Azərbaycanlıları Soyqırımı Günü) 100 illiyi ilə bağlı tədbir keçirilib.

939535
İstanbulda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi

İstanbulda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının (31 Mart - Azərbaycanlıları Soyqırımı Günü) 100 illiyi ilə bağlı tədbir keçirilib. 

Mərasim İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) və Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilati dəstəyi ilə baş tutub. 

İSTAD-ın sədri Səfər Qaraqoyunlu ermənilərin son 200 ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımılardan danışıb, Azərbaycanın Quba rayonunda bununla bağlı yaradılan tarixi məzarlıqdan bəhs edib. 

AAK-ın prezidenti Sahil Qasımov isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının100 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamını diqqətə çatdırıb: “Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 100 illiklə bağlı tədbirlər planı hazırlayıb. Ona görə də bunun tərkib hissəsi olaraq Moldovaya gedəcəyəm və orda da tədbirlər davam edəcək. Azərbaycanlılar iki əsrdir ermənilər tərəfindən soyqırımına məruz qalır. 1992-ci ildə törədilən Xocalı soyqırımı bunun davamının bariz sübutudur. Amma bu gün Azərbaycan artıq əvvəlki deyil, qüdrətli dövlətdir. Bu, ölkə Prezidenti İlham Əliyevin sayəsində mümkün olub. Ona növbəti seçkilərdə uğurlar arzulayıram”. 

Tədbir təqdimatla davam edib.



Әlaqәli Xәbәrlәr