Danimarkadakı Türk diasporu “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçirib

Skandinaviya Türk Federasiyası tərəfindən təşkil olunan və müxtəlif diaspor təşkilatlarının qatıldığı aksiya Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında baş tutub.

903464
Danimarkadakı Türk diasporu “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçirib

Danimarkadakı  Türk diasporu Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatına dəstək aksiyası keçirib.

Skandinaviya Türk Federasiyası tərəfindən təşkil olunan və müxtəlif diaspor təşkilatlarının qatıldığı aksiya Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında baş tutub. Azərbaycanı tədbirdə Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin fəalları təmsil ediblər.

Şəhidlərin əziz ruhunu bir dəqiqəlik sükutla yad edən mərasim iştirakçıları Türkiyəyə müxtəlif dəstək şüarlarını səsləndiriblər. Aksiyanın əsas məqsədi “Zeytun budağı” antiterror əməliyyatına dəstək olmaqla yanaşı, PKK terror təşkilatının fəaliyyətinə və bu qruplaşmanın üzvlərinin Türkiyənin Danimarkadakı səfirliyi önündə keçirdikləri aksiyaya etiraz etmək olub.

Aksiyada çıxış edən Türkiyənin Danimarkadakı səfiri Uğur Kenan İpek aparılan hərbi əməliyyat, onun məqsədləri və gedişi barədə məlumat verib. Verilən dəstəyə görə tədbir iştirakçılarına minnətdarlığını bildirən səfir Türkiyənin Suriya ilə sərhəddəki Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatının yalnız beynəlxalq terrorizmlə mübarizə aparmaq məqsədi daşıdığını xüsusi qeyd edib.

Digər çıxış edənlər türk xalqlarının birliyinin və həmrəyliyinin vacibliyini bildiriblər.

azertag.az



Әlaqәli Xәbәrlәr