Tramp Qazaxıstan prezidentini qonaq edəcək

ABŞ prezidenti Donald Tramp ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 16-da Ağ evdə görüş keçirəcək.

884893
Tramp Qazaxıstan prezidentini qonaq edəcək

ABŞ prezidenti Donald Tramp ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 16-da Ağ evdə görüş keçirəcək.

Ağ evdən yayılan məlumata görə, prezidentlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yolları ətrafında müzakirə aparacaqlar.

D.Tramp ilə N. Nazarbayev həmçinin Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq. 

Nazarbayəvin səfəri çərçivəsində yüksək səviyyəli bir çox amerikalı rəsmilərlə görüş keçirməsi və BMT TŞ-da iclaslardan birinə qatılması da gözlənilir.

Qeyd edək ki, iki lider arasında keçən noyabr ayında baş tutan telefon danışığında Tramp Nazarbayevi ölkəsinə dəvət etmişdi.



Әlaqәli Xәbәrlәr