Prezident İlham Əliyev Türkiyənin Din İşləri üzrə İdarəsinin sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyənin Din İşləri üzrə İdarəsinin sədri Əli Ərbaş ilə görüşüb.

873364
Prezident İlham Əliyev Türkiyənin Din İşləri üzrə İdarəsinin sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyənin Din İşləri üzrə İdarəsinin sədri Əli Ərbaş ilə görüşüb.

Dövlət başçısı Əli Ərbaşı Din İşləri üzə İdarənin sədri təyin olunması münasibətilə təbrik edib və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.

Azərbaycan Prezidenti bu yaxınlarda İstanbulda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırlayıb. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirib.

Əli Ərbaş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. 

Azəbaycan Prezidenti dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlət başçısı Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma çatdırmağı xahiş edib.

Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr