Nursultan Nazarbayev Kralı 2-ci Abdullah Bin Hüseynə mükafat verib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İordaniya Kralı 2-ci Abdullah Bin Hüseynə "Nüvə Silahların İxtisarı və Qlobal Təhlükəsizlik" mükafatı təqdim edib.

838649
Nursultan Nazarbayev Kralı 2-ci Abdullah Bin Hüseynə mükafat verib

Abdullah Bin Hüseyn nüvə silahlarının ixtisarı sahəsində gördüyü işlər səbəbindən mükafata layiq görülüb.

Kral 2-ci Abdullah, Qazaxıstana reallaşdırdığı rəsmi səfər çərçivəsində prezident Nazarbayev tərəfindən rəsmi mərasimlə qarşılanıb. İki lider arasında tək-bətək və heyətlər arası görüşlər olub.

Danışıqlar zamanı iki ölkə arasındakı əlaqələr, regional məsələlər müzakirə olunub. Nazarbayev, nüvə silahların ixtisarı ilə əlaqəli gördüyü işlər səbəbindən qonaq krala "Nüvə Silahsızlanma və Qlobal Təhlükəsizlik" mükafatı təqdim edib.

Prezident Nazarbayev danışıqlardan sonra verdiyi açıqlamada İordaniyanın Yakınşərqdə sülh və əmin amanlığın bərpasına töhfələrinin əhəmiyyətini vurğulayıb. Ölkəsinin müstəqilliyinin birinci il dönümündə Semipalatinsk nüvə stansiyasının fəaliyyətini dayandıraraq nüvə silah təmin ətməkdə imtina etdiyini xatırladıb.

Kral Abdullah da prezident Nazarbayevə minnətdarlığını bildirib. İki ölkə arasında etimada əsaslanan əlaqələr yarandığını və beynəlxalq münaqişələrin həllində Nazarbayevin rolunun əhəmiyyətinə diqqət çəkib.

İki ölkə nümayəndə heyətləri arasındakı görüşlərdən sonra Qazaxıstan ilə İordaniya arasında cinayətkarların ekstradisiya edilməsi, cinayət işlərinə hüquqi dəstək, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşmalar imzalanıb.

 



Әlaqәli Xәbәrlәr