TİKA Azərbaycan səhiyyə işçiləri üçün təlim kursları təşkil etdi

Türk Əməkdaş və Koordinasiya Agentliyi (TİKA) azərbaycanlı səhiyyə işçiləri üçün uşaq və ana ölümlərinin azaldılması mövzusunda təlim kursları təşkil etdi.

833361
TİKA Azərbaycan səhiyyə işçiləri üçün təlim kursları təşkil etdi

Türk Əməkdaş və Koordinasiya Agentliyindən verilən məlumata görə, agentliyin Beynəlxalq Həkimlər Biliyi ilə əməkdaşlığı əsasında 2014-cü ildən etibarən həyata keçirilən "Azərbaycanda Ana və Uşaq Ölümlərinin Azaldılmasına Dəstək Proqramı" çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Respublika Perinatal Mərkəzinin səhiyyə işçiləsrinə Neonotal Resusitasiya üzrə təlim kursları keçirilib.

Azərbaycanlı könüllü doktorlar və Beynəlxalq Həkimlər Birliyinin mütəxəssisləri tərəfindən keçirilən bir həftəlik təlim kurslarında nəzəri və praktik təcrübənin mübadiləsi olub.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Respublika Perinatal Mərkəzinin kurslara qatılan 71 əməkdaşına sertifikatlar verilib.

Qeyd edək ki, Azərbaycanlı və Türkiyəli həkimlərin bu günədək keçirdikləri NRP təlim kurslarından 700-dən çox səhiyyə işçisi faydalanıb.

 

 

 

 



Әlaqәli Xәbәrlәr