Azərbaycan prezidenti İlham Əliyev D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəldi.

830678
Azərbaycan prezidenti İlham Əliyev D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəldi.

İstanbulda Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzüldü.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyev raport verdi.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamladı.

Qeyd edək ki, Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşıladılar. 

Prezidenti İlham Əliyev İstanbulda İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib, prezidentlər səviyyəsində görüşlərin əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini dilə gətirib.

Eshaq Cahangiri regionda terror təhdidlərinin olduğunu söyləyib və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirilib və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Mənbə: APA



Әlaqәli Xәbәrlәr