Qırğızıstan oktyabrın 15-ində 5-ci prezidentini seçir

Qırğızıstan yeni prezidentini seçmək üçün bu gün – oktyabrın 15-də seçkilərə gedir.

827045
Qırğızıstan oktyabrın 15-ində 5-ci prezidentini seçir

  Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6 milyon 150 min əhalisi olan ölkənin təxminən yarısı - 3 milyon 34 min 84 nəfər səsvermə hüququna malikdir və bu gün beşinci prezidentini müəyyən edəcək.

  Qırğızıstanda 2375, ölkə xaricində isə 37 seçki məntəqəsi qurulub.

  Səsvermə yerli vaxtla səhər 8-də başlayıb axşam 8-ə qədər davam edəcək.

  Qırğızıstandakı seçkiləri 59 ölkədən 773 müşahidəçi izləyir.

  Prezident seçkilərində 11 namizəd var. Əsas mübarizənin hakim partiyanın namizədi Sooronbay Ceenbekov və Respublika Partiyasının sədri Ömürbek Babanov arasında gedəcəyi gözlənilir.

  2017-ci ilin 1 dekabrında hazırkı prezident səlahiyyətləri bitəcək Almazbek Atambayev isə konstitusiya qanunlarına görə seçkilərə qatılmayıb.

 

 



Әlaqәli Xәbәrlәr