Nazarbayev və Putin Suriya böhranından danışdılar

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Rusiya prezidenti arasında telefon danışığı olub.

814050
Nazarbayev və Putin Suriya böhranından danışdılar

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Rusiya prezidenti Vladimir Putin arasında ötə gün telefon danışığı olub.

Söhbətdə Suriya böhranı və digər əməkdaşlıq mövzuları müzakirə edilib.

Qazaxıstan Prezidentliyinin yaydığı bəyanata əsasən, Putinin istəyi ilə baş tutan telefon danışığında gündəmdə olan regional və beynəlxalq mövzular müzakirə olunub. Putin 14-15 sentyabr tarixlərində Astanada təşkil edilən Suriya mövzusundakı sayca 6-cı olan Astana yığıncağının uğurlu keçməsinə görə Nazarbayevi təbrik edib. Putin Nazarbayevə Suriya böhranının həlli üçün  apardığı fəaliyyətlərə dair məlumat da verib. Liderlər həmçinin Avrasiya İqtisadi Birliyi Şurası və Müstəqil Dövlətlər Təşkilatının dövlət rəhbərləri Şurasının iclaslarına dair hazırlıqlar barədə danışıblar və müntəzəm dialoqu davam etdirmək üçün razılaşıblar. (A.A)



Әlaqәli Xәbәrlәr