Azərbaycan-Türkiyə birgə logistika layihəsinin detalları açıqlandı

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda tikilməkdə olan logistika mərkəzi 2018-ci ilin oktyabr ayında istismara veriləcək.

787346

Bu barədə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən məlumat verilib.

Layihənin dəyəri 94,3 milyon türk lirəsinə yaxındır.

Nazirlikdən qeyd olunduğu kimi, logistika mərkəzinin tikintisi üçün 300 min kvadrat metr ərazi ayrılıb. Hər il mərkəz vasitəsilə 412 min ton yük nəql etmək mümkün olacaq.

Bundan başqa, o da qeyd olunub ki, logistika mərkəzinin ərazisində 16 kilometr uzunluğunda dəmir yolu xətti tikiləcək və bu bölgə Qars-Ərzurum dəmir yolu ilə birləşdiriləcək.

Mənbə: Trend İnformasiya Agentliyi

Әlaqәli Xәbәrlәr