Ankarada beynəlxalq incəsənət festivalı keçirilir

Türkiyənin paytaxtında şəhər bələdiyyəsinin təşkilatçılığı ilə yeddinci Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib.

781010
Ankarada beynəlxalq incəsənət festivalı keçirilir

Türkiyənin paytaxtında şəhər bələdiyyəsinin təşkilatçılığı ilə yeddinci Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib.

Anadolu agentliyinin məlumatına görə, festival tanınmış türkiyəli müğənnilər Əmrə Aydın və Şüa Qaracanın birgə verdikləri konsert proqramı ilə başlayıb. Festival çərçivəsində müxtəlif sərgilərin, mini konsertlərin, poeziya axşamlarının, rəqslərin və s. təşkil olunacağı planlaşdırılır. Festivalda Ankarada yaşayan həmvətənlərimiz də iştirak edirlər.

Doqquz gün davam edəcək festival Atatürk Mədəniyyət Evində keçirilir.



Әlaqәli Xәbәrlәr