Türkiyə - Azərbaycan Tələbə Birliyi BMT qarşısında etiraz mitinqi etdi

BMT binası önünə avtobusla gələn tələbələr əllərində Türkiyə və Azərbaycan bayraqları ilə “Körpə qatili Ermənistan”, “Zəhraya ədalət", "Qarabağa ədalət" yazılı plakatlarla etiraz bildirdilər.

774550
Türkiyə - Azərbaycan Tələbə Birliyi BMT qarşısında etiraz mitinqi etdi

  Türkiyə - Azərbaycan Tələbə Birliyi Ermənistanın Azərbaycana qarşı hücumlarına Ankarada BMT binası qarşısında etdiyi bəyanatla etirazını bildirdi.

  BMT binası önünə avtobusla gələn tələbələr əllərində Türkiyə və Azərbaycan bayraqları ilə “Körpə qatili Ermənistan”, “Zəhraya ədalət", "Qarabağa ədalət" yazılı plakatlarla etiraz mitinqi etdilər.

  Tələbələr adından bəyanat verən Türkiyə - Azərbaycan Tələbə Birliyinin sədri Elvin Ağayev Dağlıq Qarabağ problemi başladıqdan sonra Ermənistanın 5 may 1994-cü il atəşkəs razılaşmasının şərtlərini dəfələrlə pozaraq Azərbaycan torpaqlarına hücumlara davam etdiyini vurğulayıb. 

  4 iyunda Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə ağır silahlarla atəş açması, nəticədə 2 yaşlı körpə Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sərvinaz Quliyevanın həyatlarını itirməsini anladan E.Ağayev bəyanatdan bunları oxuyaraq BMT nümayəndələrinin diqqətinə çatdırıb:

  “Ermənistanın törətdiyi bu cinayətlər beynəlxalq hüququ heçə saydıqlarını yenidən gözlər önünə sərir. Bunun əsas səbəbi müharibənin başladığı 1988-ci ildən bəri Ermənistana qarşı heç bir beynəlxalq sanksiya, basqının tətbiq olunmaması, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini və Azərbaycan torpaqlarının işğalını davam etdirməsini görməməzliyə vurmasıdır. Biz Azərbaycan vətəndaşları Birləşmiş Millətlər Təşkilatının 2 yaşlı Zəhranın Ermənistan işğalçı ordusu tərəfindən qətl edilməsinə reaksiyasını ortaya qoymasını, Ermənistanın insanlıq günahı işlədən, soyqırım törədən rəhbərlərinin Beynəlxalq Cəza Məhkəməsində mühakiməsini tələb edirik.”

  Tələbə qrupu açıqlamadan sonra üzərində “Zəhraya ədalət", "Qarabağa ədalət" yazılmış qara çələngli plakatları BMT binasının girişinə qoyub və bəyannaməni BMT səlahiyyətlisinə çatdırıb.

  Mənbə: Anadolu Ajans



Әlaqәli Xәbәrlәr