“Heç kəs xəyal qurmasın, TSQ hər zaman Kıbrısda olacaq”, T.Ərtoğruloğlu

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ərtoğruloğlu Ankarada səfərdədir.

757150
“Heç kəs xəyal qurmasın, TSQ hər zaman Kıbrısda olacaq”, T.Ərtoğruloğlu

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ərtoğruloğlu adadakı Türk hərbi varlığının vəziyyətilə əlaqəli olaraq bildirib ki, heç kəs xəyal görməsin Türkiyə Silahlı Qüvvələri Kıbrıs adasında var olacaqdır.

Paytaxt Ankarada rəsmi səfərdə olan Tahsin Ərtoğrul Anadolu xəbər agentliyinin İsveçrənin Crans-Montana şəhərində iyunun 28-də davam etdiriləcək Kıbrıs müzakirələri ilə əlaqəli suallarına cavab verib.

Ərtoğruloğlu Kıbrıs Cümhuriyyətinin yaranmasında Kıbrıs Türkləri və Rumların iki qədim tərəfdaş olduğunu vurğulayaraq deyib ki, əsas problem Rum tərəfinin Türkləri tərəfdaş kimi yox azlıq kimi görməsidir.

Ərtoğruloğlu Kıbrısda razılaşmanı istəyənin Kıbrıs Türk xalqı olduğunu qeyd edərək bildirib ki, razılıq olmayacaqsa bu vəziyyət BMT tərəfindən rəsmi olaraq bəyan edilməlidir. Buna görə də Crans-Montananın həqiqətdən bir son olmasını gözləyirik. Ərazi və zəmanətlər barədə Türk tərəfini, Türkiyəni və Kıbrıs Türk xalqını çətinliklə üzləşdirəcək bir oyun oynanır. Elə bil digər mövzularda razılıq əldə olunub, sadəcə ərazi və təhlükəsizlik-zəmanətlər məsələsi qalıb. Belə bir atmosfer yaradılmağa cəhd göstərilir.

Bununla da Türkiyəyə zamin ölkə olma statusundan əl çəkməsi üçün təzyiq edilməsinin məqsəd götürüldüyünü bildirən Ərtoğruloğlu vurğulayıb ki, Kıbrıs Türk xalqının Türkiyənin zəmanətindən başqa formulu qəbul etməyəcəyi bilinməlidir. Heç kəs xəyal görməsin. Türkiyədən əsgərlər hər zaman Kıbrısda olacaqdır və Türkiyə lazım gəldikdə, kefinə görə deyil əlbəttə ki, təktərəfli müdaxilə haqqı da olacaqdır.



Әlaqәli Xәbәrlәr