Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rum icması ilə davam edən müzakirə prosesini qiymətləndirmək üçün Şimali Kıbrıs Türk Cümhuriyyətinə səfər edib.

743849

Nazir Çavuşoğlu  səfəri çərçivəsində ilk olaraq Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı tərəfindən qəbul edilib.

Çavuşoğlu Cümhuriyyət Məclisində təmsil olunan siyasi partiyaların liderləri ilə görüş keçirəcək, daha sonra baş nazir Hüseyn Özgürgün və Məclis sədri Sibel Siber tərəfindən qəbul ediləcək.

Çavuşoğlu səfərini Şimali Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu ilə keçirəcəyi görüşlə yekunlaşdıracaq.

Qeyd edək ki, BMT baş katibi prezident Mustafa Akıncı və Rum İdarəsinin rəhbəri Anastasiadisi iyunun 4-ü üçün New Yorka dəvət edib.

Әlaqәli Xәbәrlәr