Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə Azərbaycan mövqeləri atəşə tutulub.

742889
Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə Azərbaycan mövqeləri  və cəbhənin Tərtər, Ağdam  və Füzuli  rayonları ərazisində bir sıra yaşayış məntəqələri atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.  Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.
Azərbaycan Silahlı Qüvvələrinin  ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində qarşı tәrәf  susdurulub.

Azərbaycan  Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.



Әlaqәli Xәbәrlәr