İki qardaş ölkənin birgə döyüş atışlı taktiki təlimləri davam edir

Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam edir.

724053
İki qardaş ölkənin birgə döyüş atışlı taktiki təlimləri davam edir

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Mayın 1-də hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb. Mayın 2-də isə KİV nümayəndələri hərbi təlimləri izləyiblər.

Təlimlərin məqsədi iki  ölkənin Azərbaycan ilə arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Qeyd edək ki, birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlər mayın 5-dək davam edəcək.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr