İƏT-in baş katibi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusuf bin Əhməd əl-Usaymin Azərbaycana işgüzar səfərə gəlir.

724220
İƏT-in baş katibi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusuf bin Əhməd əl-Usaymin Azərbaycana işgüzar səfərə gəlir. Təşkilatın çərşənbə axşamı yayılmış məlumatında bildirilir ki, səfər müddətində İƏT rəhbərinin Azərbaycanın yüksəkvəzifəli rəsmiləri ilə görüşləri, habelə 2017-ci il mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı planlaşdırılır.

Məlumatda deyilir: “İƏT-in baş katibi Forum iştirakçıları qarşısında bəyanatla çıxış edəcək. Sənəddə dünya xalqları arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə şərait yaradan mədəniyyətlərarası dialoqun vacibliyi qeyd edilir. Çıxışda tarixboyu tolerantlıq, dinc yanaşı yaşama və mədəni müxtəliflik ideallarını təşviq edən İslam mədəniyyətinin və İslam sivilizasiyasının xüsusi rolu vurğulanacaq”.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr