Əli bəy Hüseynzadənin şəxsi əşyaları sərgilənəcək

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədən Azərbaycana gətirilmiş şəxsi əşyalarının təqdimatı olacaq.

719909
Əli bəy Hüseynzadənin şəxsi əşyaları sərgilənəcək

Mayın 26-da Muzey Mərkəzinin akt zalında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədən gətirilmiş şəxsi əşyalarının təqdimatı və sərgisi keçiriləcək.

Bu barədə məlumat Muzey Mərkəzinin saytında yer alıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun təşkilatçılığı ilə reallaşacaq.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr