Azərbaycan istehsalı olan “Tufan” “İDEF-2017” Beynəlxalq sərgisində

Mayın 9-dan 12-dək İstanbulda XIII “İDEF-2017” Beynəlxalq sərgi keçiriləcək.

709863
Azərbaycan istehsalı olan “Tufan”  “İDEF-2017” Beynəlxalq sərgisində

Mayın 9-dan 12-dək İstanbulda XIII “İDEF-2017” Beynəlxalq sərgi keçiriləcək.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən 260 adda məmulat nümayiş etdiriləcək. Həmin sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim olunacaq.

AZƏRTAC-ın xəbərinə əsasəni, bu fikirləri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, sərgi müddətində Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalanması gözlənilir. Sərginin keçiriləcəyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunması, eləcə də məmulatların ixracı üzrə memorandum və niyyət protokollarının imzalanması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr