Bakıda ''Novruz'' festivalı keçiriləcək

Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə “Novruz” festivalı keçiriləcək.

694861
Bakıda ''Novruz'' festivalı keçiriləcək

Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə “Novruz” festivalı keçiriləcək.

Məlumata görə,  festival çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakı ilə “Sabir bağı”nda konsert proqramı təqdim ediləcək.

Sənətkarlar öz əl işlərini nümayiş edəcək, iştirakçılara milli mətbəximizin təamlarını dadmaq imkanı yaradacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcəklər.

 

Mәnbә:AZӘRTAC



Әlaqәli Xәbәrlәr