“Rum tərəfi qərarı dəyişsə müzakirə prosesi davam etdirilə bilər”, M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrıs müzakirələrinin Rum tərəfinin “Enosis referendumunun məktəblərdə qeyd olunması” qərarının Rum Məclisində  dəyişdirilməsindən sonra davam etdirilə biləcəyini bildirib.

685099
“Rum tərəfi qərarı dəyişsə müzakirə prosesi davam etdirilə bilər”, M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrıs müzakirələrinin Rum tərəfinin “Enosis (Kıbrısın Yunanıstan tərəfindən ilhaq edilməsi) referendumunun məktəblərdə qeyd olunması” qərarının Rum Məclisində  dəyişdirilməsindən sonra davam etdirilə biləcəyini söyləyib.

Prezident Akıncı “Şirinsu Ot Festivalı”nı açıq elan edərkən Rum tərəfinə müraciət edərək deyib ki, bərabərlik içində yaşayacağımız həll yolu düşüncəsindən yayınmamışıq. Ancaq bunu nəyin bahasına olarsa olsun yerinə yetirmərik. Haqlarımızı, bərabərliyimizi, əmin-amanlığımızı və azadlığımızı qoruyaraq bu yolda irəliləyəcəyik. Hal-hazırda yaşanan böhran elə bundan ibarətdir. Buna, gələcək üçün gördüyümüz təhdidə görə səsimizi ucaltdıq, etirazımızı bildirdik.

Təhlükəsiz, bərabər və dinc şərait yaratmaq üçün səy göstərən Kıbrıs Türk xalqının bütün gücü ilə cəhd göstərməyə davam etməsinin vacibliyini vurğulayan Akıncı bildirib ki, özümüz daha güclü olduqda müzakirələrdə də bunu göstərməkdə davam edə bilərik.



Әlaqәli Xәbәrlәr