Unutmadıq, unutmayacağıq

Ankarada azərbaycanlı və türkiyəli rəsmi nümayəndələrin iştirak etdiyi Xocalı soyqırımı ilə bağlı xatirə proqramında hərbçilər, Keçiörən camaatı və məktəblilər də var idi.

679779
Unutmadıq, unutmayacağıq

  Fevral ayının 24-ündə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi və Ankara şəhər Keçiörən rayonu Bələdiyyəsinin təşkilatçılığı ilə “Xocalı qətliamını unutmadıq, unutmayacağıq” adlı tədbir keçirildi.

  Açılış nitqini Keçiörən Bələdiyyə sədri Mustafa Ak söylədi.

  Keçiörən rayonunda Xocalı şəhidləri üçün ucaldılmış Ana və Uşaq heykəlinin yerləşdiyi Azərbaycan meydanında təşkil edilən tədbirdə Azərbaycanın Səlahiyyətli və Fövqəladə səfiri Faiq Bağırov Xocalı faciəsilə bağlı geniş məlumat verdi, bu mövzunun dünyaya çatdırılması və tanıdılmasında Türkiyənin də Azərbaycana mənəvi dəstəyini vurğuladı və çıxışının sonunda gələn qonaq və iştirakçılara təşəkkürünü bildirdi.

  Azərbaycanlı və türkiyəli rəsmi nümayəndələrin iştirak etdiyi Xocalı soyqırımı ilə bağlı xatirə proqramında hərbçilər, Keçiörən camaatı və məktəblilər də var idi.

   AK Partiyanın Adana üzrə millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Univar, Ak Partiyanın Ankara üzrə millət vəkilləri Emrullah İşler, Lütviye Selva Çam, Murat Alpaslan, AK Partiyanın Amasya üzrə millət vəkili Haluk İpek, TÜRKSOY-un nümayəndələri, Keçiören İcra başçısı, rayon təhsil şöbəsinin müdiri, müftüsü və başqa rəsmilər iştirak və çıxış etdilər.

  Xocalı heykəli qarşısına çələnglər qoyuldu, şəhidlər xatırlandı, bununla da Türkiyə və paytaxtı Ankara Azərbaycanın dərdinə şərik olduğunu nümayiş etdirdi.    



Әlaqәli Xәbәrlәr