Berat Albayrak Azərbaycanda səfərdədir

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak Azerbaycanda səfərdədir.

678457
Berat Albayrak Azərbaycanda səfərdədir

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak Azerbaycanda səfərdədir.
 
 Paytaxt Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasına qatılan Berat Albayrak iclasdan əvvəl prezident İlham Əliyevlə bir araya gəldi.
 
 İki ölkə münasibətlərinin dəyərləndirildiyi iclasda (Trans-Anadolu Qaz Boru Kəməri Layihəsi) TANAP-ın  son vəziyyəti də müzakirə olundu.
 
 Nazir Albayrak iclasdan sonra bir sıra ikitərəfli görüşlər keçirəcək.
 
 Bu il 3-cü dəfə keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında əlaqədar ölkələrin enerji nazirləri və rəsmiləri iştirak edirlər.
 
 İclasda Azərbaycan qazını Avropaya nəql edəcək layihənin son vəziyyəti dəyərləndiriləcək.



Әlaqәli Xәbәrlәr