Ankarada “Əsassız erməni iddiaları” mövzusunda konfrans keçirilib

Ankarada Avrasiya Araşdırmalar Mərkəzi (AAM) tərəfindən “Əsassız erməni iddiaları” mövzusunda konfrans təşkil olunub.

650405
Ankarada “Əsassız erməni iddiaları” mövzusunda konfrans keçirilib

Ankarada Avrasiya Araşdırmalar Mərkəzi (AAM) tərəfindən “Əsassız erməni iddiaları” mövzusunda konfrans təşkil olunub.

Konfransda AAM-də təmsil olunan keçmiş səfirlərlə yanaşı, beynəlxalq münasibətlər və hüquq üzrə nüfuzlu mütəxəssislər, gənc tədqiqatçılar, diplomatik missiya nümayəndələri iştirak ediblər.

Əvvəlcə Avrasiya Araşdırmalar Mərkəzinin fəxri sədri, uzun illər Türkiyəni müxtəlif ölkələrdə səfir kimi təmsil etmiş Ömer Engin Lütem ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri əsassız ərazi iddiaları, həmçinin 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması və bu uydurma iddialarla bağlı təzminat və digər cəfəng tələbləri haqqında ətraflı məlumat verib.

Tarixi faktlara, beynəlxalq hüquqa, diplomatik mənbələrdəki rəsmi sənədlərə əsaslanaraq, ermənilərin bütün iddialarının əsassız, qeyri-ciddi və xəstə erməni təxəyyülünün məhsulu olduğunu qeyd edən səfir təcavüzkar Ermənistan dövlətinin hələ mövcud olmadığı 1915-ci ildəki hadisələrə görə bu gün rəsmi Yerevanın tələb etdiyi maddi təzminata toxunaraq qeyd edib ki, erməni millətçilərinin səsləndirdiyi iddialar və uydurma rəqəmlər cəfəngiyatdır.

Ermənilərin tələblərinin absurd xarakter daşıdığını göstərən faktları əks etdirən məlumatlar iştirakçılar tərəfindən rişxəndlə qarşılanıb. Diqqətə çatdırılıb ki, Türkiyəyə qarşı irəli sürülən tələblər nə qədər qeyri-ciddi olsa da, erməni riyakarlığının bütün mümkün həmlələrinə hər zaman hazır olmaq lazımdır.

Avrasiya Araşdırmalar Mərkəzinin sədri, keçmiş səfir Alev Kılıç bildirib ki, əsassız erməni iddialarını ifşa etmək və qarşısını almaq məqsədilə ötən il Ankara, İstanbul, İzmir və Çanaqqalanın nüfuzlu universitetlərində AAM tərəfindən seminarlar təşkil olunub.

Çıxışlarda təcavüzkar Ermənistanın əsassız iddialarına qarşı mübarizədə Türkiyə-Azərbaycan əməkdaşlığının böyük önəm daşıdığı vurğulanıb.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparan tədbir iştirakçıları diqqətə çatdırıblar ki, Ermənistandakı siyasi, iqtisadi və sosial vəziyyət böhran halında, işğalçı ölkənin beynəlxalq arenadakı yeri isə sıfır nöqtəsindədir.

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr