“BMT Təhlükəsizlik Şurasına üzv ölkələrlə əməkdaşlıq edəcəyik”, N.Nazarbayev

Nazarbayevin ölkəsinin BMT Təhlükəsizlik Şurasındakı yeni vəzifəsi ilə əlaqəli müraciəti ölkənin xarici işlər naziri Kayrat Andrahmanov tərəfindən oxunub.

649014
“BMT Təhlükəsizlik Şurasına üzv ölkələrlə əməkdaşlıq edəcəyik”, N.Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin BMT Təhlükəsizlik Şurasına 2017-2018-ci illərdəki üzvlüyü ilə əlaqəli olaraq üzv ölkələrin hamısı ilə açıq, obyektiv, tarazlı və təsisedici əməkdaşlıq içində olacağını bildirib.

Nyu-Yorkda təşkil edilən “Toqquşmaların qarşısının alınması və sülhün qorunması” mövzulu yığıncaqda Nazarbayevin ölkəsinin BMT Təhlükəsizlik Şurasındakı yeni vəzifəsi ilə əlaqəli müraciəti ölkənin xarici işlər naziri Kayrat Andrahmanov tərəfindən oxunub.

Nazarbayev müraciətində ölkəsinin nüvə silahsız bir dünyanın yaranması və qlobal toqquşma təhdidlərinin qarşısının alınmasına töhfə verə biləcəyini vurğulayıb.

Nazarbayev Əfqanıstandakı sabitliyin dəstəklənməsi və Orta Asiya bölgəsindəki sülhün təmin edilməsi mövzularında da Astananın rəhbərlik edə biləcəyini qeyd etmişdir.



Әlaqәli Xәbәrlәr