Estakadanın uçması nəticəsində itkin düşən bir neftçinin cəsədi tapılıb

N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisədə itkin düşən bir neftçinin cəsədi tapılıb.

631236
Estakadanın uçması nəticəsində itkin düşən bir neftçinin cəsədi tapılıb

N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisədə itkin düşən bir neftçinin cəsədi tapılıb.

AZƏRTAC-ın xəbərinə əsasən, bu barədə SOCAR-ın “Azneft” İB-nin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov dekabrın 15-də N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar “Azneft” İB-də yaradılan qərargahda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cəsədi tapılan neftçi operator vəzifəsində çalışan Qafarov İlham Əlihüseyn oğludur.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin (NQÇİ) sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.



Әlaqәli Xәbәrlәr