Qazaxıstanın Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat

Operativ tədbirlər neft emalı zavodu rayonunda keçirilir.

625440
Qazaxıstanın Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat keçirir. Ölkənin informasiya və kommunikasiya naziri Dauren Abayev məlumat verərək deyib ki, təfərrüatlar əməliyyat başa çatdıqdan sonra açıqlanacaq.

“Sputnik Qazaxıstan” agentliyinin yaydığı məlumata görə, operativ tədbirlər neft emalı zavodu rayonunda keçirilir. Şəhərin müxtəlif yerlərində həbslər aparılır.

Xatırladaq ki,cari ilin iyun ayında bir qrup şəxs Aktobedə iki silah mağazasına və hərbi hissəyə silahlı basqın etmişdi. Hücum nəticəsində 3-ü hərbi qulluqçu olmaqla, 8 nəfər öldürülmüşdü. Güc strukturları isə 18 cinayətkarı məhv etmiş, 8-ni saxlamışdılar. Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi 2017-ci il yanvarın 15-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr