Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev

Özbəkistanda ötən gün keçirilən prezident seçkilərinin geyri rəsmi nəticələri açıqlanıb.

623991
Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev

Bu nəticələrə görə prezident seçkisinin qalibi Liberal Demokrat Partiya namizədi Baş nazir Şövkət Mirziyoyev olub. Məlumata görə Mirziyoyev 88,61% səs toplayıb.

Mərkəzi Seçki Komissiyasından verilən açıqlamada, digər namizədlərdən Xalqın Demokrat Partiyası lideri Hotamjon Ketmonov 3,73%, “Ədalət” Sosial Demokrat Partiya lideri Nəriman Umarov 3,46%, Milli şahlanış Demokrat Partiyası lideri Sərvər Atamuradov isə 2,35% səs toplayıb.

Qeyd edək ki, ötən gün ölkədə keçirilən prezident seçkilərini 50 qədər ölkə ilə aralarında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Dünya Seçki Orqanları Birliyi (DSOB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) də olduğu təşkilatlardan 600-ə qədər beynəlxalq müşahidəçi, 300-ə qədər yerli və xarici jurnalist izləyib.



Әlaqәli Xәbәrlәr