Aşıqlar heyəti Təbrizdə toplandı

İran Aşıqlar Birliyi Təbriz şöbəsinin nimayəndələri Təbrizdə Azərbaycan aşıq sənətinin Güney qolu ilə bağlı məsələləri müzakirə etmək üçün bir araya gəldilər.

620612
Aşıqlar heyəti Təbrizdə toplandı

  Əvvəlcə təşkilatçılardan biri olan, İran Aşıqlar Birliyi Şərqi Azərbaycan (Təbriz) şöbəsinin rəhbəri aşıq Məhəmməd İbadi Alışığın söylədiyinə görə,

 

“Toplantı ustad aşıqlar Çingiz Biriya, Rəhim Nəzəri, Ayət Qənbəri, Hüseyn Sai və Fərrux Mehdipurun huzurunda keçirildi. İclasda aşıq sənətimizlə bağlı bir neçə qərar qəbul olundu.”

 

 

    Qeyd edək ki, Aşıq Səlcuğun rəhbərliyilə bünövrəsi Tehranda qoyulan, əsasən İranın Şərqi Azərbaycan vilayətinin Qaradağ və Təbriz aşıqları tərəfindən yaranan İran Aşıqlar Birliyi qısa müddətdə Azərbaycan aşıq məktəbi nümayəndələrinin xatirə tədbirlərini keçirib, gənc aşıqlara dəstək verib, İranın türklər yaşayan bütün ərazilərində konsertlər təşkil etməyə, bir sözlə, aşıq sənətini layiqincə davam etdirməyə çalışır.   



Әlaqәli Xәbәrlәr