“Türkiyǝ nǝ qǝbilǝ dövlǝtidir nǝ dǝ çadır”: Prezident Ərdoğan

Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzi, Polis Akademiyası “Türkiyənin Yeni Təhlükəsizlik Konsepsiyası” Konfransına ev sahibliyi etdi.

615677
“Türkiyǝ nǝ qǝbilǝ dövlǝtidir nǝ dǝ çadır”: Prezident Ərdoğan

Prezident R.T. Ərdoğan tǝdbirdǝ etdiyi çıxışında: “Biz qəbilə vǝ ya çadır dövləti deyilik. Türkiyǝ, mədəniyyətlər inşa etmiş bir dövlət ənənəsinin özüdür. Şǝrǝfli vǝ qürurludur. 15 iyulda çevrilişǝ cǝhd edǝnlǝr bu ənənəni mǝnimsǝmǝmiş bəzi qafillərdir ki, onlar da bunun ǝvəzini ağır ödədilər vǝ ödǝmǝkdǝ davam edǝcǝklǝr. Hǝlǝ dǝ bu qafillǝrin arasında olanlar vardırsa onlara deyirǝm ki, dǝrha ağılınızı başınıza alıb bu sǝhv yoldan geri qayıdın. PKK, fǝto, DEAŞ və digər terror təşkilatlarının ǝsas mǝqsǝdlǝri bizim gücümüzǝ zǝrbǝ endirib vǝ dünyadan bizi tǝcrid etmǝkdir”, deyǝ vurğulayıb.

Prezident Ərdoğan terrora qarşı mübarizǝnin qǝrarlılıqla davam etdiyini, bunun nǝticǝsindǝ bütün bölgǝdǝ yaşayanların özünǝ inamının artacağını ifadǝ edǝrǝk: “Türkiyənin inkişafı uğrunda ǝlimizdǝn gǝlǝn sǝyi etmǝkdǝ davam edǝcǝyik. Bütün bu çǝtinliklǝrǝ baxmayaraq hǝdǝflǝrimiz istiqamǝtindǝ irǝlilǝyişimizǝ heç kǝs, heç bir terror tǝşkilatı vǝ güc maneǝ törǝdǝ bilmǝyǝcǝk. Bunu hǝr kǝs idrak etmǝlidir ki, ölümdən qorxmayan bir millətin qabağında heç bir güc dayana bilmǝz” deyǝ prezident qeyd edib.



Әlaqәli Xәbәrlәr