Bu adsız qadın kimdir?

Azərbaycan yazıçısı və dramaturqu, fəlsəfə doktoru Aygün Həsənoğlunun "Adsız qadın" əsəri İstanbulda səhnəyə çıxacaq. Mövzu həm də Orta Şərqdə yaşananlara yönəldir insanı.

613854
Bu adsız qadın kimdir?

 

  Müharibə qurbanı olmuş qadınların xatirəsinə ithaf olunan, 2001-ci ildə yazılan əsər Xocalı soyqırımında uşaqlarını, həyat yoldaşını, atasını və bütün qohumlarını itirmiş bir anadan bəhs edir.

  Mövzu indiki vaxtda Orta Şərqdə yaşananlara da aiddir.

  Bu adsız qadın kimdir? Bir zaman ailəsinin xanımı, xoşbəxt bir həyat yoldaş və ana idi. Lakin 1992-ci ilin 25 fevralından 26-sına keçən gecə rus-erməni qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi ilə hər şey alt-üst olur. O, uşaqlarını, ərini və bütün qohumlarını itirir, girov götürülür, təhqirlərə, işgəncə və zorakılığa məruz qalır.

  Soyqırımdan illər keçir. Amma qadın hələ də o sarsıntıları yaşayır, utanır, cəmiyyətdən gizlədir, susur. Onu dəli zənn edib ruhi xəstəxanaya atırlar.

  Lakin bir gün bu ana "Atılan bütün güllələr məndən keçdi, artıq yetər!" deyib hayqırır, üsyana qalxır.

  Müəllif Aygün Hasanoğlu deyir: “Bu ana nəinki Xocalı, bütün döyüş qurbanı olmuş qadınların üsyan simvoludur. Ədalətsizlikləri nəinki söyləmək, yazmaq, ədalətsiliklərlə döyüşmək lazımdır. Artıq müharibələrə, işğallara, terrora "Dur" demək zamanıdır! Çünki atılan bütün güllələr analara dəyir!”

  Teleteatr üslubunda qurulan tamaşanın rejissoru Elçin İmanov, aktrisası Kəmalə Kamaldır.

  Əsər 17 dekabrda İstanbul səhnəsində göstəriləcək.



Әlaqәli Xәbәrlәr