“Bu tədbirə türkdilli kitabxanaların bayramı da demək olar”, D.Kaseinov

Türkdilli ölkələrin milli kitabxana rəhbərləri Ankarada İV konfranslarına toplandılar.

613490
“Bu tədbirə türkdilli kitabxanaların bayramı da demək olar”, D.Kaseinov

  Noyabrın 16-da Ankarada türkdilli ölkələrin Milli Kitabxana direktorlarının ənənəvi toplantısı keçirildi.

  Bu il IV keçirilən toplantıda Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avçı, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan (Rusiya Federasiyası), Qaqauz (Moldova) və Şimali Kipr Türk Respublikasının milli və dövlət kitabxanalarının rəhbərləri iştirak edirdi.
  Tədbirdə çıxış edən nazir Nəbi Avçı bildirdi ki, “Milli kitabxanalar türkdilli ölkələr arasındakı işbirliyi baxımından ən strateji mədəniyyət qurumlarımızın önündə gəlir. Çünki hər milli kitabxana həm milli hafizə, həm də ortaq hafizə deməkdir. Bu ortaq hafizəni daha çox birlikdə yaşamaq, birlikdə canlandırmaq baxımından da milli kitabxana müdirləri üzərinə böyük bir məsuliyyət düşür”. 

  Milli kitabxana rəhbərlərininİV konfransında milli kitabxanalar arasında əlaqələrin institutlaşması yönündə ciddi, köklü və ardıcıl qərarların veriləcəyinə ümid etdiyini deyən nazir bu yöndə dəstəklərini əsirgəməyəcəklərini bildirdi. Nazir, eyni zamanda, bu günə qədər türkdilli ölkələr arasında mədəni işbirliyinə verdiyi töhfələrə görə TÜRKSOY təşkilatına da minnətdarlığını bildirdi. 

  TÜRKSOY-un Baş katibi Düsen Kaseinov milli kitabxanalar arasında əməkdaşlığın uzun illərdir davam etdiyini və bu konfransla işbirliyinin bir addım daha irəli getdiyini diqqətə çatdırdı: “Bu il türkdilli respublikaların müstəqilliklərinin 25-ci ildönümüdür. Kitabxanaların bayramı kimi də xarakterizə edə biləcəyimiz bu tədbir, eyni zamanda, bu respublikaların müstəqillik bayramlarının davamıdır”. 

  Qısa film nümayişindən sonra çıxışlar davam etdi.

  Çıxışlardan sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov nazir Nəbi Avçıya qurumun medalını təqdim etdi. 

  Sonra milli kitabxana rəhbərlərinin çıxışları dinlənildi. 

  Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman milli kitabxanalar arasında iş birliyinin inkişafı istiqamətində bir yol xəritəsi ortaya qoymağa çalışacaqlarını, təşkilatlanma yolunda addımlar atmaq istədiklərini qeyd etdi.

  Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək iştirakçılara kitabxananın gələcək inkişafından, tətbiq olunan innovativ yeniliklərdən, onlayn xidmətlərdən və innovasiyaların tətbiqi təcrübəsindən danışdı.

  Tədbirin ikinci hissəsində isə konfrans çərçivəsində görüşlərkeçirildi. Toplantı Zülfi Tomanın bağlanış çıxışı ilə başa çatdı. 



Әlaqәli Xәbәrlәr