Qazaxıstanda şaxta hökm sürür

Ölkənin şərq və şimal bölgələrindəki məktəblərdə dǝrslǝr tǝxirǝ salınıb.

612442
Qazaxıstanda şaxta hökm sürür

Qazaxıstan Dövlət Meteorologiya İdarəsinin mǝlumatına görǝ ölkənin şimal və şərq ǝrazilǝrindǝ temprator gözlǝnilǝndǝn 10 ilə 18 dərəcə daha soyuqdur. Bəzi bölgǝlǝrdǝ qeydǝ alınan 30-36 dərəcə şaxtanın daha bir neçə gün davam edǝcǝyi, mərkəz və şərq ǝrazilǝrdǝ 40-a qǝdǝr çatacağı proqnozlaşdırılır.

Valiliklǝr, Astana başda olmaqla Şərqi-Qazaxıstan, Ust Komenogorsk, Petropavlovsk və digər bölgələrdə şaxtanın hökm sürmǝsinǝ görǝ bütün mǝktǝblǝrdǝ tǝhsilin dayandırıldığını bildirib.

Qeyd edǝk ki, 1931-ci ildǝ Qazaxıstanda 54 dǝrǝcǝ şaxta qeydǝ alınmışdır. Bu da ölkǝnin ǝn soyuq qış fǝsli kimi yaddaşlarda qalıb.



Әlaqәli Xәbәrlәr