Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılıb

Qazaxıstanda Milli bank ölkənin müstəqilliyinin 25-ci ildönümündə  Nursultan Nazarbayevin şəkli olan əsginas buraxdı.

610984
Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılıb

Qazaxıstanda Milli bank ölkənin müstəqilliyinin 25-ci ildönümündə  Nursultan Nazarbayevin şəkli olan əsginas buraxdı.

Nursultan Nazarbayevin şəkli olan əsginas 10 min təngə dəyərindədir və suvenir məqsədi daşıyır.

Milli Bankın sədri Daniyar Akişev əsginası Astanada keçirilən Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 ili, milli valyuta" adlı konfransda nümayiş etdirib.

Akişev deyib ki, müstəqilliyimizin tarixi prəzidentimizlə bağlıdır. Buna görə də ölkəmizin müstəqilliyinin 25-ci ildönümü və ölkəmizin inkişafında Prezidentimizin dəstəyini əks etdirən xatirə pulunu nümayiş etdirdik.

Banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub və həmin gün satış üçün təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr