Türkmənistanın müstəqilliyinin 25-ci ildönümü Ankarada da qeyd olunub

Türkmənistanın müstǝqilliyinin ildönümü münasibǝtiylǝ Ankara sǝfirliyindǝ tǝdbir keçirilib

608034
Türkmənistanın müstəqilliyinin 25-ci ildönümü Ankarada da qeyd olunub

Ölkǝnin müstǝqilliyinin ildönümü münasibǝtiylǝ Türkmənistanın Ankara sǝfirliyinin tǝşkil etdiyi tǝdbirdǝ İqtisadiyyat nazirinin müavini Fatih Mətin, keçmiş Enerji naziri Taner Yıldız, Ankarada vəzifəli səfirlər, bürokratlar, iş adamları, türkmənistanlı tǝlǝbǝlǝr qatılıb.

Türkmənistanın Ankara səfiri İşan Amanlıyev sǝfirlik binasında tǝşkil edilǝn tǝdbirdǝ etdiyi çıxışında ölkəsinin 25 ildə qazandığı uğurlar haqqında ǝtraflı məlumat verib vǝ qardaş ölkə Türkiyə ilə xüsusi əlaqǝ yaratdıqlarını qeyd edib.

Türkiyənin İqtisadiyyat nazirinin müavini Fatih Mətin də Türkmənistanla xas ǝlaqǝyǝ sahib olduqlarını, xüsusilə iqtisadiyyat və tikinti sahələrində Türkmənistanın Türkiyə üçün xüsusi əhəmiyyət kǝsb etdiyini, ilki ölkǝ arasında ticarət, iqtisadi, mədəniyyǝt, təhsil, hərbi və digər sahələrdə dǝ əlaqələri irǝli pillǝlǝrǝ qaldıraraq davam etdirǝcǝklǝrini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr