Bülbülcanın anadan olmasının 175 illiyi

Sənətkarın həyat yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq

604153
Bülbülcanın anadan olmasının 175 illiyi

Azərbaycanda noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) anadan olmasının 175 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

 Sənətkarın həyat yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, tanınmış və gənc xanəndələrin ifasında muğamlar səsləndiriləcək

 Bülbülcan ilk musiqi təhsilini Qafqazın konservatoriyası adlandırılan Şuşada xarrat Qulunun məktəbində alıb. Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında məşhurluq qazanıb. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.


Etiketlәr: #Bülbülcan

Әlaqәli Xәbәrlәr