Qazaxıstan səfiri Türkiyə ilə vidalaşdı

Qazaxıstan Respublikasının Türkiyədəki səfiri Canseyit Tüymebayevlə Ankarada vida mərasimi keçirildi.

594867
Qazaxıstan səfiri Türkiyə ilə vidalaşdı

  Qazaxıstan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Canseyit Tüymebayevin səlahiyyət müddəti başa çatdı.

  Oktyabrın 21-də bu münasibətlə Ankarada təntənəli vida mərasimi keçirildi.

  Tədbirdə Türkiyə dövlət başçısı sözçüsü İbrahim Kalın, Baş nazir müavini Y.Toğrul Turkeş, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyədə fəaliyyət göstərən xarici ölkə diplomatları, təşkilat təmsilçiləri, TÜRKSOY-un ölkə təmsilçiləri və digər yerli qurumların nümayəndələri iştirak edirdilər. 

  Canseyit Tüymebayevin TRT “Türkiyənin səsi” Azərbaycan şöbəsinə verdiyi ekskuziv açıqlamasında bundan sonra Cənubi Qazaxıstan valisi kimi fəaliyyət göstərəcəyini və orada yaşayan azərbaycanlılarla sıx işbirliyində olacağını bildirdi: “Türkiyədəki səfir səlahiyyətmi başa çatdıraraq öz vətənimə vali kimi dönürəm. Qazaxıstanda “Qazaxıstan Xalqları Assambleysı fəaliyyət göstərir. Onun tərkibində Azərbaycan diasporası da var ki, onlar həm də Qazaxıstanın cənub bölgəsində çox aktivdirlər. Yəni Qazaxıstanda yaşayn bütün xalqlar bu qurumun tərkibində birləşərək barış-sülh içərisində yaşayırlar. Bu istiqamətdə onlarla hər zaman bərabərik və bərabər içində olacağıq”.

 



Әlaqәli Xәbәrlәr