Özbəkistan-Türkiyə Sağlıq Həftəsində xəstələrə pulsuz baxıldı

Türkiyə və Özbəkistan Səhiyyə Nazirliklərinin birgə əməkdaşlığı ilə Özbəkistanda təşkil edilən Sağlıq Həftəsi sona çatdı.

587896
Özbəkistan-Türkiyə Sağlıq Həftəsində xəstələrə pulsuz baxıldı

  Türkiyədən estetik cərrahiyyə mütəxəssislərinin iştirakı ilə reallaşan tədbirdə onlarla xəstə pulsuz müayinə və müalicə şansı əldə etdi.
  TİKA tərəfindən koordinasiya edilən və Türkiyə ilə Özbəkistan Səhiyyə Nazirliklərinin əməkdaşlığı ilə reallaşan VIII Sağlıq Həftəsi sona çatdı.

  Özbəkistanın Fərqanə şəhərində reallaşan və Türkiyənin ən yaxşı estetik cərrahlarının da iştirak etdiyi həftə boyu təxminən 250 xəstə müayinə olundu. Əksərən yanıq və doğuşdan sonra yaranan problemlərin meydana gətirdiyi xəstələr əməliyyat edildi. Əməliyyatlarda Türkiyədən gətirilən ən son texnologiya məhsulu olan tibbi cihazlar da istifadə olundu.



Әlaqәli Xәbәrlәr