Türk Şurasının III Koordinasiya Toplantısı

Dünən (3 oktyabr) Ankarada Türk Şurası himayəsində Türkpa, Türksoy, Türk Akademiyası və Türk Kültür və Mirası Cəmiyyətinin Üçüncü Koordinasiya Toplantısı oldu.

582547
Türk Şurasının III Koordinasiya Toplantısı

   Əvvəlcə Türk Şurasının fəaliyyətləri haqqında Baş Katibin böyük səfiri Ramil Həsənov danışdı.

  Toplantıda iştirak edən millət vəkili, Ağsaqqalar Şurasından olan Mustafa İsen deyib: “Ağlımıza gəlməzdi ki, bir gün bu türk dövlətləri müstəqillik qazanacaq”

  TÜRKPA-nın fəaliyyətlərilə bağlı Baş katibi Jandos Asanov, Türksoyun işlərilə bağlı Baş katibi Düsen Kaseinov, Türk Akademiyasının xidmətlərilə bağlı Darxan K., Türk Kültür və Mirası Cəmiyyəti ilə bağlı isə Günay Əfəndiyeva məlumat verdi.

  Görüşdə 2016-2017-ci il illər arası Ortaq Fəaliyyət Planının hazırlanması, Türk Konseyi və Birləşmiş Millətlər Mədəniyyətlər İttifaqı tərəfindən 20-21 oktyabr tarixlərində İstanbulda keçiriləcək “Şiddət Gətirən İfratla Mücadilədə Gənclər” başlıqlı Beynəlxalq Konfransa hazırlıq müzakirə olundu.

  Kazaxıstan Türkiyədəki səfiri Zhanseit Tuimebayev deyib: “Üç mərhələdə iş görülməlidir: Türk cümhuriyyətləri, muxtar respublikalar və ayrı-ayrı ölkələrin türk soyluları çərçivəsində.”

  Qırğızıstan teatrında qoyulan “Dədə Qorqud” tamaşası barədə söz açan Türksoyun Baş katib yardımçısı Fırat Purtaş isə Türksoyun gənclərə verilən önəmi daha da artırılması gərəkliyindən bəhs etdi.    

  Türkiyədə Azərbaycan Səfirliyinin müstəşarı Ramil Qurbanov görülən işlərin mətbuatda işıqlandırılması məsələsinə toxundu: bu işdə TRT-nin, o cümlədən TRT AVAZ-ın xidmətlərini xüsusi dəyərləndirdi.



Әlaqәli Xәbәrlәr