3 Oktyabr Türk Şurası günüdür

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında qurulub.

582142
3 Oktyabr Türk Şurası günüdür

  Qısa adı Türk Şurası olan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaranmasının 7-ci ildönümünü qeyd edir.

  Türkiyə Xarici İşlər Nazirliyinin bu münasibətlə Türk Şurasını təbrik mesajında deyilir:

  “Bu əhəmiyyətli gün türkdilli ölkələr arasında daha güclü əməkdaşlıq və həmrəyliyə vəsilə olsun.

  Türk Şurasının türk respublikaları arasındakı əməkdaşlığı təmin edən fəaliyyətlərindən məmnunluq duyuruq.”

  Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında qurulub və 3 oktyabr 2009-cu ildə imzalanan "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan Sazişi" ilə təşkilat olaraq fəaliyyətə başlayıb.

  Naxçıvan müqaviləsinin ildönümü olan 3 oktyabr tarixi üzv ölkələrdə Türk Şurası günü olaraq qeyd olunur.



Әlaqәli Xәbәrlәr